10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksində bərpa işləri aparılır.
Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksində bərpa işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid olan kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılmışdır. Hazırda bərpa işləri elmi əsaslarla aparılır, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin kitabəsi və kaşılı örtükləri bərpa olunmuşdur.
Ali Məclisin Sədri Qarabağlar Türbə Kompleksində bərpa işlərinin davam etdirilməsi, abidənin tarixi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR