10 Yanvar 2025, Cümə

Nehrəm kəndində tarixən elmin, təhsilin inkişafı ilə yanaşı, dini-mənəvi dəyərlərimizə də hörmətlə yanaşılmışdır. Kənddə bu gün də dini dəyərlərimiz qorunub yaşadılır, dindarlar üçün lazımi şərait yaradılır. Bu sahədə görülən işlərin davamı olaraq Nehrəm kəndində yeni məscid tikilmişdir.

Noyabrın 11-də Nehrəm kənd məscidi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Nehrəm kəndinin bu ərazisində əvvəllər də məscid olmuş, uzun illər azan səsi eşidilmiş, insanlar burada ibadət etmişlər. Bu gün isə kənddə yeni məscid tikilmiş, dindarlar üçün lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri təşkilatçılara təşəkkür etmiş, dindarları və kənd sakinlərini təbrik edərək demişdir: İslam aləminin müqəddəs simvolları vardır. Peyğəmbərimiz, Qurani-Kərim və məscidlər İslam dininin üç əsas simvoludur. Məscidlər ibadət yeri olmaqla yanaşı, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır. Bu gün istifadəyə verilən məscid binası islami dəyərlər əsasında qurulmuşdur. Məsciddə İslam dini və mənəvi dəyərlərimiz gələcək nəsillərə olduğu kimi öyrədilməli, saf əməllər naminə ibadətlər olunmalıdır. Məscidlər müqəddəs yerlərdir. Bu səbəbdən də Nehrəm kənd məscidi mənəvi dəyərlərimizin yaşadıldığı yer kimi qorunmalı, təmiz saxlanmalıdır.
Ali Məclisin Sədri demişdir: Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Ölkə­mizin hər bir yerində quruculuq işləri aparılır. Görülən işlərin, mövcud inkişafın və sabitliyin əsası isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün ümummilli liderin yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, hər bir vətəndaşa ölkəmizin inkişafından pay düşür. Hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir, məscidlər və dini abidələr dağıdılır. Lakin bu gün Azərbaycanda sabitlikdir, bütün sahələr inkişaf etdirilir, məscidlər, yollar və digər sosial obyektlər istifadəyə verilir, dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır.
Ali Məclisin Sədri bir daha dindarları və sakinləri yeni məscidin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir.
Kənd sakini, dindar Yusif Nağıyev minnətdarlıq edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. 70 il Sovetlər Birliyi dövründə görülməyən işlər müstəqillik illərində Naxçıvanda həyata keçirilmişdir. Babək rayonunun Nehrəm kəndi də inkişaf edir, dəyişir. İstifadəyə verilən sosial obyektlər, çəkilən yol sakinlərin rahatlığını təmin edir. Bu işlərin davamı kimi məscid binasının istifadəyə verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər göz önündədir. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Yusif Nağıyev həyata keçirilən tədbirlərə görə Nehrəm kənd dindarları adından minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları məscid binasında yaradılan şəraitlə tanış olmuşlar.
Bildirilmişdir ki, sahəsi 830 kvadratmetr olan məscid zal və minarədən ibarətdir. İki hissədən ibarət olan zalda qadın və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün şərait yaradılmış, məscidin daxili milli və dini ornamentlərlə, naxışlarla bəzədilmiş, divarlara Qurani-Kərimdən ayələr həkk olunmuşdur. Burada 570 nəfər eyni vaxtda ibadət edə bilər. Məsciddə yardımçı otaqlar da istifadəyə verilmiş, dəstəmaz yeri yaradılmış, elektrik, qaz və su xətti çəkilmiş, həyət abadlaşdırılmışdır.
Sonra məsciddə ilk namaz qılınmış, ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunmuş, ölkə Prezidentinə uzun ömür, cansağlığı arzulanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR