Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası 2017-ci il fevral ayının 23-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 20 fevral 2017-ci il