10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılıb, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilib, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilib və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik. Birinci müşavirə Yevlax rayonunda keçirilir.
Dövlət başçısı vurğulayıb ki, dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir. Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir.

* * *

Aprelin 17-də Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzinin təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdimat mərasimində iştirak edib.
Sonra dövlətimizin başçısı Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR