Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.
Aprelin 3-də hər iki ölkənin dövlət başçılarının geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Daha sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər.
Aprelin 3-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.
Həmin gün Prezident İlham Əliyevin adından Qazaxıstanın dövlət başçısının şərəfinə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC