10 Yanvar 2025, Cümə

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilmişdir.
Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunmuşdur.
Türkiyənin Naxçıvandakı Baş konsulunun birinci müavini Əhmət Özkan çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf və tərəqqisindən danışmışdır. Qeyd olunmuşdur ki, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olmuşlar. Əhmət Özkan Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Dövlət müstəqilliyi hər bir xalqın malik olduğu ən dəyərli sərvətdir. Türk xalqı 93 il bundan əvvəl dövlət müstəqilliyini elan etmişdir. Ali Məclisin Sədri qardaş Türkiyənin müstəqillik bayramı, Cümhuriyyət elan edilməsi münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik etmiş, inkişaf və tərəqqi arzulamışdır.
Qeyd olunmuşdur ki, bir-birlərinin dövlət müstəqilliyini dəstəkləyən və həmrəylik göstərən ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin bölgələri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir. Bizim aramızda iqtisadi-ticarət, elm, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələr davamlı xarakterə malikdir və hər il genişlənir.
Ali Məclisin Sədri əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə etmiş, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Türkiyə və Azərbaycanın birliyi bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq və bundan sonra da qoruyacağıq”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR