09 Yanvar 2025, Cümə axşamı

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşmüşdür.
Ali Məclisin Sədri Naxçıvanla Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrdən danışmış, bu sahədəki xidmətlərinə görə Serhan Aktopraka təşəkkür etmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən muxtar respublikada kəhriz sistemlərinin bərpası layihəsinin həyata keçirildiyini, həmin dövrdə təşkilat nümayəndələrinin, eləcə də İsveçrə Konfederasiyası Prezidentinin Naxçıvana səfər etdiklərini xatırladan Ali Məclisin Sədri əməkdaşlığın genişləndirilməsinin, xüsusilə miqrasiya sahəsində təlim proqramlarının və kəhrizlərin bərpası layihələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Serhan Aktoprak Beynəlxalq Miqrasiya Təşkilatı ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirmiş, bu istiqamətdə səyini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR