09 Yanvar 2025, Cümə axşamı

Son illərdə Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə hal­ların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur.
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin.
2. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:

Redaksiya heyətinin sədri

Asəf Məmmədov – Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini.

Redaksiya heyəti sədrinin müavinləri:

Şamı Abdullayev – Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri.

Məsul katib

Tariyel Talıbov – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun direktoru.

Redaksiya heyətinin üzvləri:

Famil Seyidov – Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri
Niyazi Novruzov – Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri
Rövşən Məmmədov – Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri
Mirsənani Seyidov– Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri
Elşad Əliyev – Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri
Hafiz Yaqubov – Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri
Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Müslüm Cabbarzadə – Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri
Kamal Cəfərov – Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Saleh Məhərrəmov – Naxçıvan Dövlət Universitetinin rektoru
Yasin Səfərov – Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru
Əliəddin Abbasov – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru
Ramin İsmayılov – “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru
Mübariz Bayramov – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri
Nazim Bababəyli – Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 mart 2016-cı il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR