09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib.
Səfir Hüsnan Bəy Fanani fəxri qarovul dəstəsinin qarşısından keçib.
Hüsnan Bəy Fanani etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb, ölkəmizə verdiyi dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirib. Tərəfdaşlıq əlaqələrimizə toxunan Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu deyib.
Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR