09 Yanvar 2025, Cümə axşamı

Mayın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri demişdir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Koreya Respublikası arasında əlaqələr intensiv və məhsuldar formada davam etdirilir. Əlaqələrin real nəticələri kimi Naxçıvan Dövlət Universiteti ilə Koreyanın ali təhsil ocaqları arasında qarşılıqlı müəllim-tələbə mübadiləsi həyata keçirilir, universitetdə Koreya Mərkəzi fəaliyyət göstərir. “KOİCA” şirkəti tərəfindən Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi yaradılmışdır.
Ali Məclisin Sədri birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırmış, Naxçıvan Muxtar Respublikasının bundan sonra da Koreya Respublikası ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Kim Çanq-Qyu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olduğu müqəddəs Naxçıvan şəhərində olmaqdan məmnunluğunu bildirmişdir. Muxtar respublikaya səfərinin yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədinə xidmət etdiyini bildirən qonaq əlaqələrin sonrakı inkişafının vacibliyini qeyd etmişdir.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR