09 Yanvar 2025, Cümə axşamı

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.
Dövlətimizin başçısına depoda yaradılan şərait barədə məlumat verilib.
Bakı metrosunun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən depoda 300 avtobusun eyni vaxtda park edilməsi mümkündür.
Prezident İlham Əliyev deponun rəmzi açılışını bildirən lenti kəsib və inzibati binada yaradılan şəraitlə tanış olub.
Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Depoda işçilərin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevə “BakuBus” MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verib.
Prezident İlham Əliyev “BakuBus” MMC tərəfindən gələcəkdə alınması nəzərdə tutulan avtobuslara da baxıb.
Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR