09 Yanvar 2025, Cümə axşamı

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və onu müşayiət edən nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Naxçıvanın muxtariyyət tarixi, dövlət quruluşu, əhalisi, sərhədləri və sosial-iqtisadi inkişafı haqqında məlumat verən Ali Məclisin Sədri demişdir ki, Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan qorunub saxlanılmış və ölkəmizin hərtərəfli inkişafının əsası qoyulmuşdur. Hazırda Azərbaycan Prezidenti tərəfindən bu yol uğurla davam etdirilir, Naxçıvanın təhlükəsizliyinə və inkişafına xüsusi diqqət yetirilir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı uğurlu əməkdaşlıqdan danışan və qardaş ölkəyə səfərini xatırladan Ali Məclisin Sədri Naxçıvanın türk dünyasının qapısı kimi mühüm strateji mövqeyə malik olduğunu diqqətə çatdırmış, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirildiyini və burada “Naxçıvan” bəyannaməsinin qəbul olunduğunu, əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirildiyini bildirmişdir.
Ali Məclisin Sədri Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin muxtar respublikaya səfərinin də əlaqələrin inkişafı baxımından faydalı olacağına əminliyini ifadə etmişdir.
Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Azərbaycana səfəri müddətində bir sıra görüşlər keçirdiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə müşahidə olunan inkişafın məmnunluq doğurduğunu bildirən qonaq qeyd etmişdir ki, məhkəmə-hüquq sistemində qarşılıqlı fəaliyyətin genişləndirilməsi əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sonra qarşılıqlı hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR