10 Yanvar 2025, Cümə

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri muxtar respublikanın ərazisi, əhalisi və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvanın blokada şəraitində yaşadığını qeyd edən Ali Məclisin Sədri buna baxmayaraq muxtar respublikada iqtisadi inkişafın təmin olunduğunu bildirmiş və bu sahədə görülən işlərdən danışmışdır.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva və Latviya respublikaları arasında əlaqələrin inkişafı üçün potensialın olduğunu bildirmiş, ali təhsil müəssisələri və iş adamları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulamışdır.
Valdas Lastauskas və Yuris Maklakovs səmimi qəbula görə minnətdarlıq etmişlər. Naxçıvanın inkişafının və burada istehsal olunan məhsulların keyfiyyətinin məmnunluq doğurduğunu qeyd edən səfirlər ölkələri ilə muxtar respublika arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına səy göstərəcəklərini bildirmişlər.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR