Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gedib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun, “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışlarında iştirak edib, Yalama qəsəbəsindəki Heydər Əliyev adına parkda, Xaçmaz şəhərindəki Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə, şəhərin mərkəzində yerləşən Nikah evinin binası ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun, Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışlarında iştirak edib.
AZƏRTAC