10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 2016-cı il 26 iyul tarixli Sərəncamına uyğun olaraq sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi (referendum) keçirilmişdir.
Naxçıvanda seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülmüş, muxtar respublika üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılmış, 271 min 939 aktiv seçki hüququna malik seçici qeydə alınmışdır. Seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı 4003 nəfərdir. Seçki məntəqələrində seçicilərin öz iradələrini sərbəst və müstəqil şəkildə ifadə etmələri üçün lazımi şərait yaradılmış, veb-kameralar quraşdırılmış, müşahidəçilər üçün yerlər ayrılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verdi.
Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlandı. Məlumat verildi ki, 4-15 saylı seçki məntəqəsində 1495 seçici qeydə alınmışdır. Sakinlər rahat və sərbəst şəkildə öz iradələrinə uyğun olaraq səs verirlər. Saat 1100 olan məlumata əsasən seçicilərin 29 faizi seçkidə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR