10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verib.
Məktəbdə təmir işləri ən yüksək standartlar səviyyəsində icra olunub. Ümumi ərazisi 15600 kvadratmetr olan 700 şagird yerlik məktəbdə tədris birnövbəli olmaqla Azərbaycan və rus dillərində aparılır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur.
Diqqətə çatdırılıb ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları da hədiyyə ediləcək. Məktəbdə bədii ədəbiyyat və eləcə də müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılıb. Bütün sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilib.
Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinələri və idman zalında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzulayıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR