Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirmişdir. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri Robert Sekutanın səfərinin əhəmiyyətini qeyd etmişdir.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Robert Sekuta Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Qonaq səfərinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunan Naxçıvan Muxtar Respublikası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti