10 Yanvar 2025, Cümə

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Argentina Şabadoş ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Naxçıvanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış və təşkilatçılara təşəkkür etmişdir. Muxtar respublikada bu sahədə problemlərin olmadığını və cinayət faktının qeydə alınmadığını bildirən Ali Məclisin Sədri qadınların cəmiyyətdəki rolunun artırılması və məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən bəhs etmişdir.
Naxçıvana səfərin onda xoş təəssürat yaratdığını bildirən Argentina Şabadoş muxtar respublikada insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirmişdir. Qonaq təmsil etdiyi təşkilatla Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırmışdır.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə ölkə direktoru Mikayela Meredit və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç görüşdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR