10 Yanvar 2025, Cümə

Muxtar respublikada ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlər görülür, yaşıllıqların sahəsi ilbəil artırılır. Keçirilən iməciliklər zamanı uzun müddət istifadə olunmayan torpaq sahələrində yeni meyvə bağları salınır. Hər il iməciliklər yolu ilə salınmış bağlardan min tonlarla meyvə tədarük edilir. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan iməciliklər isti yay günlərində də davam etdirilir.

Avqustun 6-da Naxçıvan Muxtar Respublikasında növbəti iməciliklər keçirilmiş, yaşıl­lıq zolaqları və meyvə bağlarına qulluq ­göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında və yaxınlıqdakı terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Uzun müddət əkilməyən 10 hektar ərazidə yaz aylarında terras üsulu ilə 3 minə yaxın müxtəlif meyvə tingləri əkilmiş, damcılı suvarma sistemi quraşdırılmışdır. İməcilik iştirakçıları meyvə tinglərinə aqrotexniki qulluq göstərmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, payız aylarında ərazidə üzüm tinglərinin əkilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR