İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşmüşdür.
Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan-İsrail əlaqələri uğurla inkişaf etdirilir.
Ali Məclisin Sədri səfirin Azərbaycan ilə İsrail arasında əlaqələrin davam etdirilməsinə göstərdiyi təşəbbüsü qeyd etmiş, qonağa diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Dan Stav göstərilən səmimi münasibətə görə minnətdarlıq etmiş, Naxçıvana səfərin və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını bildirmişdir. Qarşılıqlı əməkdaşlıqdan danışan səfir Naxçıvanla turizm sahəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulamış, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını qeyd etmişdir.
Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti