10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə çox yaxşı münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin yaradılacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında qəbul olunmuş Birgə Bəyannamənin rolunu qeyd edib. Azərbaycanlı tələbələrin İtaliyada təhsil almalarının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluğun yaxşı nümunəsi kimi dəyərləndirib.
İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini ölkəsinin Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanlı tələbələrin İtaliyada təhsilinə toxunan qonaq tələbələrin sayının getdikcə artmasının əhəmiyyətini qeyd edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR