10 Yanvar 2025, Cümə

İyulun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Əhməd Turqay Alpman, İqdır millət vəkili Nürəddin Aras və nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri qədim tarixə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün müəyyən etdiyi yolla davam etdirildiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasındakı əlaqələrdən, xüsusilə iqtisadi-ticarət və nəqliyyat sahəsində həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin Sədri ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqavilədə münasibətlərin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
Ali Məclisin Sədri mövcud imkanlardan bundan sonra da səmərəli istifadə olunacağına əminliyini bildirmiş, müqəddəs Ramazan bayramı münasibətilə nümayəndə heyətinə təbriklərini çatdırmışdır.
Əhməd Turqay Alpman ilk səfərini Naxçıvan Muxtar Respublikasına etməkdən məmnunluğunu bildirmiş, göstərilən səmimi münasibətə görə minnətdarlıq etmişdir. Naxçıvanın mövcud iqtisadi potensialının əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edən vali qarşılıqlı əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini vurğulamışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR