10 Yanvar 2025, Cümə

Muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpası diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsi digər amillərlə yanaşı, həm də bu sahədə görülən işlərin nəticəsidir. Bu il də muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər davam etdirilmiş, “Əshabi-Kəhf” ziyarətgahında təmir-bərpa işləri aparılmışdır.

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gəlmiş, burada görülən işlərlə maraqlanmışdır.
Bildirilmişdir ki, çoxəsrlik tarixi keçmişimizin və dini-mənəvi dəyərlərimizin ifadəsinə çevrilən “Əshabi-Kəhf”də ilk dəfə ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə bərpa işləri aparılmışdır. Son illər isə burada geniş yenidənqurma, bərpa və abadlıq işləri görülmüşdür. Ziyarətgahın ərazisində əl işlərinin və yerli məhsulların satış mağazaları fəaliyyət göstərir. Bu il də abidədə kompleks təmir-bərpa işləri aparılmış, su təminatı və işıqlandırma sistemləri yenidən qurulmuş, ərazi abadlaşdırılmış, zəvvarlar üçün hərtərəfli şərait yaradılmışdır.
“Əshabi-Kəhf” turistlərin də böyük marağına səbəb olur. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.
Ali Məclisin Sədri abidəyə mütəmadi diqqətin davam etdirilməsinin vacibliyini bildirmiş, ərazinin təmiz saxlanılması və yaşıllıqların artırılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR