10 Yanvar 2025, Cümə

Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşmüşdür.
Ali Məclisin Sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin uğurlu olduğunu bildirmiş, Qulam İsakzaini ölkəmizdə yeni rezident nümayəndə kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri təşkilat tərəfindən həyata keçirilən proqramların əhəmiyyətini vurğulamışdır.
Ali Məclisin Sədri əməkdaşlığın bundan sonra da davam edəcəyinə və nəticəli olacağına əminliyini bildirmiş, qonağa fəaliyyətində uğurlar arzulamışdır.
Qulam İsakzai göstərilən səmimi münasibətə və təbriklərə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, Naxçıvana səfərinin mövcud əməkdaşlığın davam etdirilməsi baxımından səmərəli olduğunu qeyd etmişdir. Naxçıvanda “BMT modeli” konfransının keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq təmsil etdiyi təşkilatla muxtar respublika arasında əlaqələrin inkişafında səyini artıracağını bildirmişdir.
Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR