10 Yanvar 2025, Cümə

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Davut Haner, Ərzurum Vilayətinin valisi Əhməd Altıbarmak və Ağrı Vilayətinin valisi Musa İşın ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları muxtar respublikada görməkdən məmnunluğunu bildirmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif sahələrdə davam etdiriləcəyini bildirmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə Respublikasının Ərzurum Vilayətinin valisi muxtar respublikaya səfərlərinin onlarda böyük təəssürat yaratdığını qeyd etmiş, Türkiyənin yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün səylərini artıracaqlarını bildirmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR