10 Yanvar 2025, Cümə

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexlə görüşmüşdür.
Ali Məclisin Sədri Aksel Vexin Naxçıvana səfərini və ölkəmizin regionları ilə tanışlığını Azərbaycan-Avstriya əlaqələrinin göstəricisi kimi dəyərləndirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstriyanın Ştiriya Federal Əyaləti arasında ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri 2007-ci ildə nümayəndə heyəti ilə birlikdə Avstriyaya səfərini və 2009-cu ildə Ştiriya Federal Əyaləti Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfərini xatırlatmış, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyini bildirmişdir.
Ali Məclisin Sədri iş adamları arasındakı əlaqələrin səmərəli olduğunu və Avstriyanın enerji şirkətləri ilə faydalı əməkdaşlığın qurulduğunu bildirmiş, əlaqələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyinə inamını ifadə etmişdir.
Naxçıvana nümayəndə heyəti ilə birlikdə səfər etdiklərini bildirən Aksel Vex göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. Səfər müddətində bir sıra görüşlər keçirdiklərini qeyd edən qonaq Avstriya ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırmışdır.
Görüşdə əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR