10 Yanvar 2025, Cümə

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderlə görüşmüşdür. 

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyasının ölkəmizdəki səfirliyi, eləcə də İsveçrə Əməkdaşlıq Ofisi və Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdırmışdır. Kəhrizlərin bərpası layihəsini faydalı əməkdaşlığın göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri bunun nəticəsi olaraq 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfər etdiyini və bir sıra görüşlər keçirildiyini xatırlatmışdır. 

Ali Məclisin Sədri əməkdaşlıq zamanı qazanılan təcrübənin hazırda muxtar respublikada tətbiq olunduğunu bildirmiş, səfirin ölkəmizdəki fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir. 

Muxtar respublikaya ilk dəfə səfər etdiyini və Naxçıvanda olmaqdan məmnunluğunu bildirən səfir Filip Ştalder göstərilən xoş münasibətə görə minnətdarlıq etmişdir. Qarşılıqlı əlaqələrdən danışan səfir diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını  qeyd etmişdir. 

İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional direktor müavini xanım Simon Hayberli  görüşdə iştirak etmişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR