10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidən­qurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.
Suma Çakrabarti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını deyib.
Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR