10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Bolqarıstanın Prezidenti Rosen Plevneliyev və Baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd edib. Əlaqələrimizin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu deyib. Siyasi sahədə münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Bolqarıstan ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Dövlətimizin başçısı Bolqarıstanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra olunduğunu vurğulayıb.
Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR