Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilsin.
2. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə verilir.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 19 yanvar 2016-cı il