09 Yanvar 2025, Cümə axşamı

Ölkəmizdəki mövcud sabitlik və inkişaf insanların gələcəyə olan inamını daha da artırır, xalqımız qarşıdan gələn hər ili birlik və həmrəylik duyğuları ilə qarşılayır. Yola saldığımız 2015-ci il müstəqil Azərbaycanın tarixində uğurlu inkişaf dövrü kimi qalacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin əhatə dairəsini genişləndirmiş, yaşayış məntəqələri daha müasir görkəmə qovuşmuşdur. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərimizin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini elliklə, qurub yaratmaq əzmilə, böyük ruh yüksəkliyi və bayram gəzintisi şəraitində qeyd etdilər.
Naxçıvan şəhəri günlər öncədən bayram libasına bürünmüşdü. İnsanların xoş çöhrəsi çilçıraqlı küçə və prospektlərdə, ağ örpəyə bürünmüş parklarda möhtəşəm bayram lövhələri yaratmışdı. Axşam saatlarında Heydər Əliyev prospektindəki mərkəzi meydanda konsert proqramı təşkil olunmuş, Vətənimizi, həmrəyliyi, yeni ili tərənnüm edən mahnılar səslənmiş, gənclər rəqs edərək xoş anlar yaşamışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanmışdır. Azərbaycan xalqına xoş arzularını çatdıran ölkə Prezidenti demişdir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır… Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir. Xalq-iqtidar birliyi, milli həmrəylik bu gün ən yüksək səviyyədədir. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək”.
Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olmuş, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR