09 Yanvar 2025, Cümə axşamı

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək demişdir ki, 1979-cu ildə yaranan İran İslam Respublikası ötən dövrdə uğurlu inkişaf yolu keçmiş, dünya ölkələri ilə səmərəli əməkdaşlıq qurulmuşdur. İran İslam Respublikası xarici siyasət kursunda Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Ötən dövrdə həyata keçirilən tədbirlər siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin inkişafında əhəmiyyətli rola malik olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının yaranmasının 37-ci ildönümü münasibətilə dost və qardaş İran xalqını təbrik edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-İran əlaqələri bu gün dostluq, mehriban qonşu­luq və qarşılıqlı əməkdaşlıq şəraitində davam və inkişaf etdirilir. Dövlətlərarası münasibətlər hər iki ölkə prezidentlərinin səyləri ilə daha da möhkəmləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Bu əməkdaşlıq daha da güclənəcəkdir”.
Qeyd olunmuşdur ki, ölkələrimiz arasındakı münasibətlərin tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında da səmərəli əməkdaşlıq vardır. Son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlər və bu zaman imzalanan sənədlər əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Hazırda energetika, kənd təsərrüfatı, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əlaqələr inkişaf etdirilir.
Ali Məclisin Sədri əlaqələrin inkişafında İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun xidmətlərini qeyd etmiş, Baş konsula və əməkdaşlarına təşəkkürünü bildirmiş, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulamışdır.
Sonra tədbir konsert proqramı ilə davam etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR