09 Yanvar 2025, Cümə axşamı

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qurumun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə saldı.
Məlumat verildi ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksəkkeyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.
Sonra Prezident İlham Əliyev yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR