İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, ilk dəfə bu mərkəzdə “ASAN ECO oturacaq”lar quraşdırılıb. Bunların hər biri ASAN loqosu formasında olan Günəş panelləri ilə təchiz olunub. Qurğuya yerləşdirilmiş modem vasitəsilə isə internetdən pulsuz yararlanmaq imkanı var.
5 saylı “ASAN xidmət” mərkəzinin ikimərtəbəli binasında ən yüksək standartlar tətbiq olunub.
Prezident İlham Əliyev yeni xidməti işə saldı.
AZƏRTAC