09 Yanvar 2025, Cümə axşamı

Bu gün muxtar respublikada təbiətə qayğı ilə yanaşılır, onun yaşıl örtüyü qorunur. Kəskin kontinental iqlimin təsirinə baxmayaraq, dağlar, təpələr insan əməyi nəticəsində yaşıllıqlara bürünür. Artıq Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə, yol kənarlarında boy atan ağaclar, barverən min hektarlarla meyvə bağları insanda xoş ovqat yaradır, onu təbiətə bağlayır. Bu səbəbdəndir ki, əkilən tinglərə, bağ və yaşıllıq zolaqlarına ilboyu qulluq göstərilir. Yay aylarında isə bu iş daha intensiv hal alır. Sakinlər çəkdikləri zəhmətin hədər getməməsi üçün iməciliyə çıxır, yaşıllıq sahələrində və bağlarda çalışırlar.
İyulun 25-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının kollektivləri Uzun­oba Su Anbarının ətrafındakı meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

8 hektarlıq ərazidə iməciliklər yolu ilə 10 minə yaxın müxtəlif meyvə tingləri əkilmişdir. Aqrotexniki qaydalara uyğun becərmə tədbirlərinin həyata keçirilməsi nəticəsində bağdakı tinglər inkişaf edərək boy atmış, ərazi geniş bir yaşıllıq sahəsinə çevrilmişdir. İməcilik iştirakçıları ağacları suvarmış, ərazidə təmizlik işləri apararaq səliqə-sahman yaratmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR