Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar.
Müstəqilliyin ilk illərində bütün sahələr üzrə gələcək inkişafın təməlini qoyan xalqımızın ümummilli lideri Heydər Əliyev “Qara şəhər” kimi tanınan bu ərazinin paytaxtın ən gözəl guşələrindən birinə çevrilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. 2011-ci il dekabrın 24-də “Bakı Ağ Şəhər”in təməli qoyuldu. Ötən 3 il ərzində layihə çərçivəsində xeyli iş görüldü.
Dövlətimizin başçısına layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verildi.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan şəraitlə tanış oldular.
Prezident İlham Əliyev Ağ Şəhərin sahil boyunca yerləşən hissəsindəki tikililəri və Ağ Şəhər bulvarını da seyr etdi.
Prezident İlham Əliyevə inşası davam edən və tikintisi nəzərdə tutulan layihələr barədə də xəritə və eskizlər əsasında məlumat verildi.
Prezident İlham Əliyev layihə ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
* * *
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.
AzərTAc