Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 69 000 000,0 manat, xərcləri 366 700 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 297 700 000,0 manat (о cümlədən mərkəzləşdirilmiş gəlirləri 48 870 000,0 manat, yerli gəlirləri 20 130 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 276 424 400,0 manat, yerli xərcləri 90 275 600,0 manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:
Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
Maddə 4. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinə vergi daxilolmaları müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.
Maddə 5. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:
Maddə 6. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.
Maddə 7. Naxçıvan Muxtar Respublikasının şəhər və rayоnları üzrə gəlirlər 20 170 000,0 manat, о cümlədən “Avtоmоbil Yоlları” Məqsədli Büdcə Fоnduna aid оlan məbləğ 80 000,0 manat, yerli xərcləri 90 235 600,0 manat оlmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 70 145 600,0 manat təsdiq edilsin. Həmin şəhər və rayоnların dövlət büdcəsinin yerli xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirləri 40 000,0 manat, xərcləri 40 000,0 manat təsdiq edilsin.
(manatla)
Maddə 8. Büdcə daxilоlmalarının vəziyyətindən asılı оlmayaraq, əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sоsial müavinətlər və ödənişlər müdafiə оlunmuş xərc maddələridir.
Maddə 9. Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 27 dekabr 2014-cü il
“Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”
Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2014-cü il 27 dekabr tarixli 20-IV QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin xərcləri dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və оnlar tərəfindən həyata keçiriləcək tədbirlər üzrə aşağıdakı kimi bölüşdürülsün:
(manatla)
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq оlunmuş göstəricilərin yerinə yetirilməsinə nəzarət etsin;
2.2. bu Fərmanın 1.10.1.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qоyuluşu (investisiya xərcləri)) nəzərdə tutulan vəsaitin оbyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:
3.1. 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Kоmitəsinin xətti ilə daxil olan vergi və ödənişlərin aylıq və rüblük bölgüsünü həmin оrqanlarla razılaşdırıb təsdiq etsin;
3.2. bu Fərmanın 1.1.4-cü, 1.1.5.7-ci, 1.3.4-cü, 1.4.6-cı, 1.5.5-ci, 1.7.5-ci və 1.9.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) aidiyyəti təşkilatlar üzrə bölgüsünü həyata keçirsin.
4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi muxtar respublikanın şəhər və rayonları üzrə müəyyən olunmuş vergi daxilolmalarının aylıq proqnozunun icrasının təmin edilməsi üçün tədbirlər görsün və görülmüş işlər barədə rübdə bir dəfə aidiyyəti üzrə məlumat təqdim etsin.
5. Bu Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 27 dekabr 2014-cü il
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında
Naxçıvan Muxtar Respublikasının
Q A N U N U
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin gəlirləri 52 665 000,0 manat, xərcləri 123 366 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün Dövlət Sosial Müdafiə Fondundan ayrılan dotasiya 70 701 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir
Maddə 4. Qalıq vəsaitlərdən istifadə
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 27 dekabr 2014-cü il
“Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Naxçıvan
Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2014-cü il 27 dekabr tarixli 21-IV QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu:
2.1. Fondun 2015-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin;
2.2. dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam ödənməsini təmin etmək üçün tədbirlər həyata keçirsin.
3. Bu Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 27 dekabr 2014-cü il