Muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Sədərək Rayon Uşaq musiqi məktəbi üçün də yeni bina inşa olunacaqdır.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin mövcud vəziyyəti ilə tanış olmuş və tikinti işlərinin aparılacağı əraziyə baxmışdır.
Məlumat verilmişdir ki, məktəbin mövcud binası uzun müddət istismar olunduğundan tədrisin düzgün təşkilinə imkan vermirdi. Bu səbəbdən də ərazidə 3 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır. 320 yerlik binada sinif otaqları, tədbirlər zalı və yardımçı otaqlar yaradılacaq, həyətdə geniş abadlıq işləri aparılacaqdır.
Ali Məclisin Sədri ərazinin layihələndirilməsi və növbəti ildən etibarən tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti