08 Yanvar 2025, Çərşənbə

Müstəqil Azərbaycanın dinamik inkişafı və ölkəmizdəki mövcud sabitlik qarşıladığımız 2015-ci ildə də uğurlu nailiyyətlərin qazanılmasına əminlik yaradır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını daha xoş günlərə qovuşduracaqdır. Bu gün muxtar respublika sakinlərinin birlik və həmrəylik duyğularının, yeni il sevinclərinin qayəsində də ulu öndərin siyasi xəttinə sonsuz inam və sədaqət dayanır. Qurub-yaratmaq əzmi ilə yaşayan muxtar respublika əhalisi yeni ili bayram sevinci ilə qarşılayır.

Yanvarın 1-də ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızın şəhər və rayon mərkəzlərində də bayram şənliyi keçirilmişdir.
Naxçıvan şəhər sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününün və yeni ilin təntənəli qeyd olunması üçün ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdəki mərkəzi meydanda təşkil olunan bayram şənliyinə toplaşmışdı. Yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklərin göstərilməsi şənliyə gələnlərdə xoş ovqat yaratmış, Şaxta babanın, Qar qızın yolka ətrafında çıxışları, payladıqları hədiyyələr balacalara əsl bayram sevinci bəxş etmişdir.
Mərkəzi meydanın bir hissəsində 40-dan artıq istehsal və xidmət müəssisəsi tərəfin­dən şəhər sakinlərinə ictimai iaşə xidməti göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyinin keçirildiyi mərkəzi meydana gəlmiş, şəhər sakinlərinin Yeni il bayramını təbrik etmişdir.
Ali Məclisin Sədri ictimai iaşə xidmətinin təşkili ilə maraqlanmış, uşaqlarla söhbət etmiş və onlara hədiyyələr vermişdir.
Yeni il şənliyi bayram günlərində davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR