Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edildi.
* * *
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub, Mingəçevir şəhərində Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə, Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.