08 Yanvar 2025, Çərşənbə

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İnlə görüşmüşdür.

Ali Məclisin Sədri Azərbaycan-Koreya münasibətlərinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. Ali Məclisin Sədri muxtar respublikada elektron hökumətin tətbiqi və Naxçıvan Dövlət Universitetində elektron idarəetmənin təkmilləşdirilməsi sahəsində görülən işlərə, eləcə də ali təhsil müəssisələri arasındakı səmərəli əməkdaşlığa görə səfirə təşəkkür etmişdir.

Söhbət zamanı Ali Məclisin Sədri həyata keçirilən birgə layihələrin əhəmiyyətinə toxunmuş, elmi müəssisələr, avtomobil sənayesi və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirmişdir.

Səmimi qəbula görə minnətdarlıq edən Çoi-Suk İn növbəti dəfə muxtar respublikaya səfər etməsindən məmnun olduğunu bildirmişdir. Naxçıvan Dövlət Universitetində elektron təhsil mərkəzinin açılışında iştirak edəcəyini diqqətə çatdıran səfir bu ali təhsil ocağının güclü potensiala malik olduğunu vurğulamış, bundan sonra da əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüşdə əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılmışdır.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR