Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları da vardır.
3-cü dərəcəli “Vətənə xidmətə görə” Azərbaycan Respublikasının ordeni ilə
Mahmudov Əli Muxtər oğlu
“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə
Hacıyev Qurban Şükür oğlu
“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə
Hüseynov Kamran Muxtar oğlu
“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə
İbrahimov Naib Lətif oğlu