Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı nazir Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.
Nazir Əli Tayebnia Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində ikitərəfli münasibətlərimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. İranlı nazir azərbaycanlı həmkarları ilə birlikdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini dedi.
AzərTAc