08 Yanvar 2025, Çərşənbə

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri nümayəndə heyətinin Naxçıvana səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirmiş, Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdəki rolunu vurğulamışdır. Azərbaycan-Türkiyə arasındakı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdirildiyini qeyd edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının bu əlaqələrin inkişafındakı rolunu diqqətə çatdırmışdır.
Ali Məclisin Sədri nümayəndə heyətinin səfərinin hərbi sahədəki əlaqələrin inkişa­fına mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Ərzurum şəhərində yerləşən 9-cu Ordu Korpusunun komandiri, general-polkovnik Şərəf Önqay səmimi qəbula görə minnətdarlığını bildirmiş, dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu ifadə etmişdir. Naxçıvana səfərinin onda böyük təəssüratlar yaratdığını bildirən Şərəf Önqay muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin qürurverici olduğunu diqqətə çatdırmışdır.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR