Muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qıvraq qəsəbəsindəki hərbi hissədə də kompleks tədbirlər həyata keçirilir. Artıq hərbi hissədə xidmətin təşkili üçün lazımi şərait yaradılmışdır.
Bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq hərbi hissədə yeni sursat anbarı inşa olunmuşdur. Həmçinin burada yeni xəstəxana və yaşayış binalarının inşası da nəzərdə tutulmuşdur.
Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissənin silah və sursat anbarlarının perspektiv yerləşmə planı ilə tanış olmuş, xəstəxana binası və yaşayış binasının inşası üçün ayrılan əraziyə baxmışdır.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti