Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gedib.
* * *
Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
İclasda 2015-ci ildə MDB-yə sədrliyin Qazaxıstana keçməsi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Astanada keçirilməsi qərara alınıb.
Sonra sənədlər imzalanıb.
Bununla da, MDB Dövlət Başçıları Şurasının iclası işini yekunlaşdırıb.