08 Yanvar 2025, Çərşənbə

Muxtar respublikada milli və mədəni irsin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu muzeylərin yaradılmasına, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq hazırda Naxçıvan şəhərində Xatirə Muzeyi üçün yeni bina inşa olunur.
Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xatirə Muzeyinin yeni binasına baxmışdır.
Məlumat verilmişdir ki, xüsusi memarlıq üslubunda tikilən bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə muzey əməkdaşları üçün iş otaqları tikilmiş, ikinci mərtəbədə isə geniş ekspozisiya zalı yaradılmışdır. Binada əsas tikinti işləri başa çatdırılmış, bütün lazımi kommunikasiya xətləri çəkilmişdir. Hazırda son tamamlama işləri aparılır.
Muzey binasının əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Şəhidlər Xiyabanı yaxınlığında yerləşməsidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdiriləcəkdir.
Ali Məclisin Sədri muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi və binada tikinti işlərinin keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR