08 Yanvar 2025, Çərşənbə

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İnlə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Koreya arasındakı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafının məmnunluq doğurduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu gün yeni texnologiyaların tətbiqi, elektron hökumətin qurulması, təhsil və ticarət sahələrində uğurlu tərəfdaşlıq əlaqələri mövcuddur. Naxçıvan Dövlət Universiteti ilə Koreyanın qabaqcıl ali təhsil ocaqları arasında səmərəli elmi əməkdaşlıq qurulmuş və hazırda qarşılıqlı müəllim-tələbə mübadiləsi həyata keçirilir.
Ali Məclisin Sədri təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamış, Naxçıvan Dövlət Universitetində elektron təhsil sisteminin qurulmasında Koreyanın “KOICA” şirkətinin rolunu xüsusi qeyd etmiş, münasibətlərin inkişafındakı xidmətlərinə görə səfirə təşəkkürünü bildirmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Çoi-Suk İn ilk dəfə 2012-ci ildə muxtar respublikaya səfər etdiyini xatırlamışdır. Qonaq ötən dövrdə muxtar respublikanın dinamik inkişaf etdiyini və bunun əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırmış, bundan sonra da əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirmişdir.
Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR