Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli 126-II FR nömrəli Fərmanının adında, 1-ci və 2-ci hissələrində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin.
3. “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR nömrəli Fərmanının 3-cü hissəsində və 3-cü əlavəsində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin.
4. “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 12 avqust tarixli 118-IV FR nömrəli Fərmanının:
4.1. Adında, preambulasında, 1-ci və 2-ci hissələrində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin;
4.2. Həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin adında və mətnində “İnformasiya Texnologiyaları” sözləri müvafiq olaraq “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 19 sentyabr 2014-cü il