Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.
* * *
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Həmin gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan birgə bəyannaməsi imzalanıb.